Enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 2,5 mlrd. manata yaxınlaşıb

Enerji, qaz və buxar istehsalı sektorunun gəlirləri 2,5 mlrd. manata yaxınlaşıb
# 20 noyabr 2023 10:29 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 456,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 2,2%-lik artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, yanvar-oktyabr aylarında su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 471,1 mln. manat təşkil edib, bu da illik müqayisədə 14,9% artım deməkdir.

Xatırladaq ki, ötən il Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 2 930,9 mln. manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib, əvvəlki illə müqayisədə 2,3%-lik artım müşahidə olunub.

2022-ci ildə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 502,9 mln. manat təşkil edib, bu da illik müqayisədə 48,4% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR