Lənkəranda 12 yaşlı velosipedçini vurub qaçan sürücü yaxalanıb

Lənkəranda 12 yaşlı velosipedçini vurub qaçan sürücü yaxalanıb
# 01 sentyabr 2016 00:43 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev – APA. Lənkəranda velosipedçinin vurulması ilə nəticələn ağır yol-nəqliyyat qəzası baş verib.

Lənkəran Mərkəzi Rayon Xəstəxanasından(MRX) APA-nın cənub bürosuna verilən məlumata görə, hadisə gecə saatlarında şəhərin Zərifə Əliyeva ilə Mirhaşım Ağayev küçələrinin kəsişməsində qeydə alınıb.

Naməlum avtomobil velosipedlə hərəkət edən Lənkəran şəhər sakini, 12 yaşlı Əbdülhəsən Cavid oğlu Axundzadəni vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Ətrafdakılar tərəfindən yeniyetmə dərhal Lənkəran MRX-a çatdırılıb, burada ona zəruri yardımlar göstərilib. Hazırda MRX-nin reanimasiya şöbəsində yerləşdirilmiş Ə.Axundzadənin vəziyyəti kimi ağır qiymətləndirilir.

Polisin həyata keçirdiyi əməliyyat tədbirləri sayəsində hadisə yerindən qaçmış "VAZ-2106" markalı, 12 DJ 301 dövlət nömrə nişanlı minik avtomobilinin sürücüsü isti izlərlə yaxalanaraq məsuliyyətə cəlb olunub. İlkin araşdırmalardan sonra onun sərxoş olduğu müəyyənləşdirilib.

Faktla bağlı Lənkəran Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR