Qazaxıstan SOCAR-a "Avrasiya" layihəsində iştirak etməyi təklif edib

Qazaxıstan SOCAR-a "Avrasiya" layihəsində iştirak etməyi təklif edib
# 06 oktyabr 2016 09:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Qazaxıstan SOCAR-a "Avrasiya" - Xəzəryanı çökəklikdə regional geologiya və geofizika araşdırmaları beynəlxalq layihəsində iştirak təklif edilib.

"APA-Economics" xəbər verir ki, bu barədə energetika naziri Natiq Əliyevin "Respublika" qəzetində dərc olunan məqaləsində deyilir.

Nazirin sözlərinə görə, bu layihə çərçivəsində Xəzəryanı çökəklikdə, təxminən 7-9 km. dərinlikdə karbohidrogen yataqlarının kəşf edilməsi məqsədilə 15 km. dərinliyə malik quyuların qazılması nəzərdə tutulub: "Rusiyanın "Lukoil", "Rosneft", Böyük Britaniyanın "Shell", ABŞ-ın "Chevron", Çinin isə CNPC neft-qaz şirkətləri ilə yanaşı, Azərbaycan şirkətinin də bu layihədə iştirakına maraq göstərilməsi Azərbaycan neftçilərinin geoloji kəşfiyyat, qazma sahəsində zəngin tarixi təcrübəsinə əsaslanaraq, Azərbaycana neft sənayesindəki bilgilərini bölüşmək üçün daha bir imkan yaradır".

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR