Bakı. Cavid Zeynallı – APA. Azərbaycanın xalq rəssamı, Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov Roma Rəssamlıq Akademiyasının fəxri professoru seçilib. APA-nın məlumatına görə, bu barədə Roma Rəssamlıq Akademiyasının prezidenti Alfio Mongelli sərəncam imzalayıb.
F. Xəlilov Azərbaycan və İtaliyanın mədəniyyət və incəsənətinə verdiyi töhfələrə görə bu təltifə layiq görülüb.