Rusiya Dövlət Duması hərbi təyyarələrin Suriyada yerləşdirilməsini nəzərdə tutan hökumətlərarası sazişi təsdiqləyib

Rusiya Dövlət Duması hərbi təyyarələrin Suriyada yerləşdirilməsini nəzərdə tutan hökumətlərarası sazişi təsdiqləyib
# 07 oktyabr 2016 17:10 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova-APA. Rusiya Dövlət Duması ölkənin Hərbi Hava Qüvvələrinin Suriya ərazisində yerləşdirilməsinə dair Rusiya-Suriya hökumətlərarası sazişi təsdiqləyib.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, sənədin lehinə 446 deputat səs verib.

Ratifikasiya olunmuş qanun layihəsinə əlavədə göstərilir ki, Suriya tərəfinin istəyi ilə aviaqruplar Latakiya vilayətindəki Hmeymim aerodromunda yerləşdirilir: “Suriya ərazisində olan Rusiya aviaqrupunun saxlanması regionda sülh və sabitliyi təmin etmək məqsədi daşıyır. Bu, hər hansı ölkəyə qarşı yönəldilməyib”.

Oktyabrın 12-də sənəd Federasiya Şurasında müzakirəyə çıxarılacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR