Gürcüstan Rusiyadan maye qaz idxalını artırıb

Gürcüstan Rusiyadan maye qaz idxalını artırıb
# 25 dekabr 2023 18:00 (UTC +04:00)

Gürcüstan bu ilin yanvar-noyabr ayları ərzində 51,5 min ton maye qaz (LPG) idxal edib.

APA-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin məlumatında bildirilib.

Qeyd olunub ki, idxal edilən məhsulun həcmi illik müqayisədə 32% çoxdur.

Cari ilin 11 ayı ərzində Gürcüstanın maye qaz idxalının 99,6%-i (51,3 min ton) Rusiya Federasiyasının payına düşüb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR