Macarıstanın Dövlət katibi: "Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına töhfəmizi verəcəyik"

Macarıstanın Dövlət katibi: "Azərbaycanın azad edilmiş ərazilərinin bərpasına töhfəmizi verəcəyik"
# 10 sentyabr 2021 12:41 (UTC +04:00)

Macarıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir.

"APA-Economics" xəbər verir ki, bu barədə Macarıstanın təhlükəsizlik siyasəti üzrə Dövlət katibi Peter Sztaray Bakıda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) ölkələrinin iqtisadiyyat nazirlərinin 10-cu görüşü çərçivəsində çıxış edərək bildirib.

Onun sözlərinə görə, Macarıstan iqtisadi potensial baxımından azad edilmiş ərazilərin bərpasına öz töhfəsini verib və verəcəkdir.

"Macarıstan Türk Şurasına və Türk Şurasının üzvlərinə tərəfdaş kimi baxır. Əsas məqsəd bütün sahələrdə əməkdaşlığı gücləndirməkdir. Xüsusilə, ticarət və iqtisadi əlaqələr sahəsində. İqtisadi əməkdaşlıq baxımından türk tərəfdaşlar Avropa ilə şərq qonşuları arasındakı əlaqələrin inkişafına töhfə verə bilərlər. Son 2-3 il ərzində Şura belə əlamətdar bir dövrdə intensiv şəkildə uzun bir yolu qət etdi. Biz Macarıstan-Türk əlaqələrinin güclənməsini alqışlayırıq", - deyə P. Sztaray qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR