Bakı - APA-Economics. Sentyabrın 27-də Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən "Muğanbank" ASC-nin hər birinin nominal dəyəri 200 manat olan 10000 ədəd adi sənədsiz səhmlərinin əlavə buraxılışı dövlət qeydiyyatına alınıb.
Palatadan "APA-Economics"ə verilən məlumata görə, səhmlərin qapalı yerləşdirmə üsulu ilə yerləşdirilməsi nəzərdə tutulur.
Beləliklə, bankın nizamnamə kapitalı 2 mln. manat artırılır.