"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb
# 02 avqust 2016 20:26 (UTC +04:00)

Bakı-APA. Bu gün Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Apasport.az saytının məlumatına görə, günün ilk qarşılaşması Bakıda baş tutub.

Azərbaycan çempionu “Qarabağ” öz meydanında Çexiyanın “Viktoriya” klubunu qəbul edib. Ardıcıl 3-cü dəfə bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri qitənin ən nüfuzlu klub turnirinin pley-offuna yüksəlmək üçün mübarizə aparıb. Lakin Ağdam təmsilçisi bunu növbəti cəhdində də bacarmayıb.

Belə ki, səfərdə qolsuz heç-heçə edən “Qarabağ” avrokuboklarda yubiley – 70-ci görüşdə azarkeşlərini qələbə ilə sevindirməyə yaxın olsa da, rəqib buna imkan verməyib. Düzdü, hesabı Muarem Muarem açıb. Bundan sonra çempionumuzun bir neçə dəfə fərqlənmək imkanı da olub. Lakin “Qarabağ”ın futbolçuları əllərinə düşən şansdan istifadə edə bilməyib. Bu isə onlara baha başa gəlib. Görüşün başa çatmasına 5 dəqiqə qalmış Mihael Krmençik status-kvonu bərpa edib. Qollu heç-heçə isə qonaqları növbəti mərhələyə daşıyıb.

Nəticədə “Qarabağ” III mərhələdə yenə ilişərək, Çempionlar Liqası ilə vidalaşıb.

Məğlubiyyətə baxmayaraq, “Qarabağ” mübarizəni Avroliqada davam etdirəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Cavab oyunu

“Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya) - 1:1

Qol: Muarem Muarem, 28 - Mihael Krmençik, 85

Baş hakim: Hüseyin Göçek

Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk oyun – 0:0

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR