Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2015-ci ilin dekabr ayı ərzində SOCAR tərəfindən (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 6 686 metr qazma işi həyata keçirilib.
“APA-Economics”in SOCAR-a istinadən verdiyi məlumata görə, bu, 2014-cü ilin eyni ayı ilə müqayisədə 1 820 metr və ya 21,39% azdır. Bu sahədə görülmüş işlərin hamısı istismara aid olub.
Ümumiyyətlə, 2015-ci ilin yanvar-dekabr aylarında SOCAR üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 104 411 metr qazma işi görülüb ki, bu da daha əvvəlki ilin 12 ayı ilə müqayisədə 22 935 metr və ya 18,01% azdır. Bunun da 103411 metri istismara, qalanı isə kəşfiyyata aid olub.
Qeyd edək ki, dekabr ayı ərzində qazmadan alınmış 10, 2015-ci il ərzində isə 73 yeni quyu tikinti ilə başa çatdırılaraq mədənçilərə təhvil verilib.