Bakı - APA. Azərbaycanda zəlzələ olub.
AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ yanvarın 8-də 04.45-də Saatlıdan 37 km şimali-şərqdə, Hacıqabul rayonu ərazisində qeydə alınıb.
Yeraltı təkan 3.1 maqnitudada, 47 km dərinlikdə baş verib.
Zəlzələ hiss olunmayıb.