Bakı. Cavid Zeynallı – APA. Türkiyədə 27 nəfər H1N1 (“donuz qripi”) virusundan ölüb.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin səhiyyə naziri Mehmet Müezzinoğlu bildirib.
Nazir qeyd edib ki, 3 nəfər isə H2N3 virusundan vəfat edib.