Bakıda Almaniya vətəndaşının evindən oğurluq edən qadına hökm oxunub

Bakıda Almaniya vətəndaşının evindən oğurluq edən qadına hökm oxunub
# 07 aprel 2017 11:07 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Xanım Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

 

APA-nın xəbərinə görə, hakim Cavid Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Hökmə əsasən, X. Məmmədova 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd edək ki, ötən ilin sentyabrında Nəsimi Rayon Polis İdarəsinin  22-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Almaniya vətəndaşı Axel Güntel Gülbeztin evindən 6000 avro pul oğurlamaqda şübhəli bilinən Gürcüstan vətəndaşı Xanım Məmmədova tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR