Zaqatala. Vüqar Heydərov-APA. Zaqatalada fərdi yaşayış evində yanğın olub. Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, yanğın bu gün axşam saatlarında rayonun Bəhmədli kəndində, kənd sakini Sahib Uluxanova məxsus, ümumi sahəsi 370 kv/m olan ikimərtəbəli 5 otaqlı fərdi yaşayış evində baş verib.
Hadisə yerinə FHN-nin Zaqatala rayon DYMH-nin texnikası və canlı qüvvəsi cəlb edilib.
Yanğınsöndürənlərin səyi nəticəsində yanğının genişlənərək evin tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində evin 1-ci mərtəbəsində mətbəxin, dəhlizin və hamam otağının yanar konstruksiyaları yanaraq yararsız hala düşüb. Yanğın zamanı xəsarət alan olmayıb.
Faktla bağlı FHN-nin Zaqatala rayon DYMH-də araşdırma aparılır.