Bakı. Şəhriyar Əlizadə - APA. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) sabiq aparat rəhbəri Vidadi Zeynalovun həbs müddəti uzadılıb.
Bu barədə APA-ya təqsirləndirilən şəxsin vəkili Muğan Əliyev məlumat verib. Onun sözlərinə görə, məhkəmənin qərarı ilə V. Zeynalovun barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti fevralın 21-dək uzadılıb.
Qeyd edək ki, V. Zeynalov Rabitə və Yüksək Texnologiyalar Nazirliyində aşkarlanan qanun pozuntuları ilə bağlı başlanmış cinayət işi üzrə həbs edilib.