Nazir müavini: "Hidrogen sənayesi 10-12 ilə rentabelli ola bilər"

Nazir müavini: "Hidrogen sənayesi 10-12 ilə rentabelli ola bilər"
# 25 sentyabr 2021 12:55 (UTC +04:00)

Rusiya 1 kiloqramının maya dəyəri 1,5-2 ABŞ dolları olan rəqabət qabiliyyətli "mavi" hidrogen istehsal etmək üçün bütün imkanlara malikdir.

"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu ölkənin energetika nazirinin müavini Pavel Sorokin deyib.

Onun sözlərinə görə, qlobal enerji keçidi kontekstində məhz hidrogen (az karbon izi nəzərə alınmaqla – red.) dünya enerji balansında nəzərəçarpacaq paya sahib ola bilər.

"Texnologiyaların inkişafı və maliyyə vəsaitlərinə sərbəst çıxışı şəraitində hidrogen sənayesi 10-12 ildən sonra rentabelli ola bilər", - nazir müavini qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR