Rusiya gələcək 15 il ərzində qlobal neft-kimya məhsullarına tələbatın hər il 3,7-4% artacağını gözləyir.
"APA-Economics"in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Baş nazirinin müavini Aleksandr Novak deyib.
"Proqnozlara görə, yaxın 15 ildə neft-kimya məhsullarına tələbat ildə orta hesabla 3,7-4% artacaq. Eyni zamanda, neft və qaz istehlakı strukturunda neft-kimya məhsullarının payı da artacaq ki, bu da sahənin inkişafı üçün əhəmiyyətli potensial yaradır", - A. Novak qeyd edib.
Onun sözlərinə görə, Rusiya dünyanın ən güclü resurs bazalarının birinə malikdir və onun sürətlə inkişaf edən neft-kimya bazarında potensialını həyata keçirmək üçün geniş imkanları var.