OECD ölkələrində neft ehtiyatlarının artımı davam edir

OECD ölkələrində neft ehtiyatlarının artımı davam edir
# 10 avqust 2023 17:09 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) ölkələrində neftin və neft məhsullarının kommersiya ehtiyatları iyununda may ayı ilə müqayisədə 4,2 mln. barel artıb.

"APA-Economics"in Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən verdiyi məlumata görə, OECD ölkələrində neftin kommersiya ehtiyatları oktyabr ayının yekunlarına görə 2,828 mlrd. təşkil edib, bu da son beşillik ortalama göstəricidən 74 mln. barel, 2015-2019-cu illərin ortalama səviyyəsindən isə 119 mln. barel azdır.

Qeyd edək ki, qlobal neft və neft məhsullarının kommersiya ehtiyatlarının orta beşillik (2015-2019-cu illər) səviyyəyə çatdırılması əvvəlcədən "OPEC+" (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) razılaşmasının məqsədi kimi müəyyən edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR