Təklifin tələbi üstələməsi nefti ucuzlaşdırır

Təklifin tələbi üstələməsi nefti ucuzlaşdırır
# 05 may 2017 07:14 (UTC +04:00)

Dünya birjalarında neft ucuzlaşıb.

 

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 1,41 dollar və ya 3,10% azalaraq 44,11 dollar təşkil edib.

 

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 1,36 dollar və ya 2,81% azalaraq 47,02 dollar olub.

 

Neftin ucuzlaşmasına dünya bazarında təklifin tələbi üstələməsi səbəb olub. ABŞ-ın Energetika Nazirliyinin məlumatına görə, ölkədə neft ehtiyatları 0,2% və ya 527,8 mln. barel azalıb. Analitiklər isə ehtiyatların 0,44% və ya 2,333 mln. barel azalacağın gözləyirdi. Bununla belə, ABŞ-da həftə ərzində neft hasilatı 0,3% və ya gündəlik 28 min barel artaraq gündəlik 9,293 mln. barel təşkil edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR