Bakı – APA. Bakıda çoxmərtəbəli binada yanğın olub.
APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, hadisə Yasamal rayonunda baş verib.
16 mərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində yaşayan, vətəndaşa məxsus ümumi sahəsi 96 m2 olan 2 otaqlı mənzilin hamamının yanar konstruksiyaları 3 m2 sahədə yanıb. Mənizlin qalan hissəsi yanğından mühafizə olunub.