Bakı. Şəhriyar Əlizadə - APA. Həbsdə olan jurnalist Rauf Mirqədirovun barəsində olan hökmdən apellyasiya şikayəti verilib. Bu barədə APA-ya R. Mirqədirovun vəkili Fuad Ağayev məlumat verib. F. Ağayev apellyasiya şikayətinin məhkəməyə təqdim edildiyini bildirib. Şikayət üzrə məhkəmə prosesi yaxın günlərdə başlayacaq.
Qeyd edək ki, R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Bakı Ağır Cinayətlər Məhkəmənin hökmü ilə R. Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilib. Apellyasiya şikayəti həmin hökmdən verilib. Şikayətdə ona bəraət verilməsi istənilib.