Çavuşoğlu: "ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər"

Çavuşoğlu: "ABŞ terroru dəstəkləyən ölkəyə çevrilə bilər"
# 11 oktyabr 2016 21:38 (UTC +04:00)

Bakı-APA. ABŞ prezidentliyinə namizəd Hillari Klintonun PKK-nın Suriya qolu olan PYD-yə silah tədarükünün gərəkli olmasına dair bəyanatı terrorizmə dəstəkdir. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

"Bu baş verərsə ABŞ terroru dəstəkləyən ölkəyə çevriləcək. Biz sadəcə dostcasına xəbərdarlıq etmək istəyirik: terrorçularla əməkdaşlıq edənlər onlarla əlbirdirlər”.

Qeyd edək ki, Klinton Sent-Luisdə keçirilən teledebatlar zamanı ABŞ-ın Suriya və İraqda “ən yaxın dostları” adlandırdığı PYD terrorçularının silahlandırılması məsələsini nəzərdən keçirəcəyini vəd edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR