Rusiya vətəndaşlarının 45 faizi baş nazir Dmitri Medvedevin istefaya getməsinə tərəfdardır.
APA-nın məlumatına görə, “Levada" Mərkəzi bu barədə rəy sorğusu keçirib. Respondentlərin 18%-i D. Medvedevin birmənalı olaraq istefaya getməsini istəyib, 27%-i isə buna tərəfdar olduğunu açıqlayıb. Sorğu iştirakçıların 25%-i birmənalı olaraq istefa qərarına qarşı çıxıb, 8% isə istefanın əleyhinə meylli olduğunu deyib.
Aprelin 7-10-da Rusiyanın 48 regionunda aparılan sorğuda 18 yaşdan yuxarı 1600 vətəndaş iştirak edib.