Milli Məclisin iclasında Azərbaycanın bir sıra dövlətlərlə imzaladığı sənədlər ratifikasiya olunub.
APA-nın məlumatına görə, bunlar BMT ilə İqlim dəyişmələri üzrə Çərçivə Konvensiyasının 21-ci Tərəflər Konfransı zamanı imzalanmış Paris Sazişi, İran İslam Respublikası ilə imzalanmış bitki mühafizəsi üzrə Saziş, Azərbaycan-İran-Rusiya prezidentləri arasında imzalanmış bəyannamədir.
Sənədlər ayrı-ayrılıqda səsə qoyularaq təsdiq olunub.