“Qarabağ” serbiyalı qapıçının transferini rəsmiləşdirib

“Qarabağ” serbiyalı qapıçının transferini rəsmiləşdirib
# 01 sentyabr 2016 10:32 (UTC +04:00)

Bakı – APA. “Qarabağ” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi heyətini qapıçı ilə gücləndirib.

Belə ki, serbiyalı Boyan Şaranovla münasibətləri rəsmiləşdirib. Son mövsümü Serbiyanın "Partizan" klubunda keçirən qolkiperlə 2 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Serbiya millisinin üzvü olan Şaranov bu ilin yanvarından "Partizan"da çıxış edib. O, Belqrad klubunda 18 oyun keçirib. Şaranov indiyə qədər bir dəfə Serbiya millisinə dəvət alıb. Karyerasına OFK klubunda başlayanda yeni transfer "Makkabi" (Hayfa, İsrail), "Ergetolis" kimi komandalarda da forma geyinib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR