"TuranBank" tərəfindən buraxılmış və hər birinin nominal dəyəri 1 082 manat olan 4622 ədəd adi sənədsiz adlı səhmlər dövlət qeydiyyatına alınıb.
Bankdan "APA-Economics"ə verilən məlumata görə, yerləşdirmə uğurla başa çatdırılıb, nizamnamə kapitalı 5 001 004 manat həcmində artırılıb. Bununla da bankın nizamnamə kapitalı 55 milyon manata çatdırılıb.