Bakı - APA-Economics. İqtisadiyyat üzrə Nobel mükafatı Harvard universitetinin professoru Oliver Harta və Massaçusets texnoloji institutunun professoru Benqt Holmstremə verilib.
"APA-Economics" xəbər verir ki, mükafat hər iki şəxsin müqavilələr nəzəriyyəsinin inkişafına verdiyi dəstəyə görə verilib.
İsveç Mərkəzi Bankı alimlərin hər birinə 8 mln. kron (təxminən $1 mln.) ödəyəcək.