Ötən ay ölkəyə elektrik enerjisinin idxalı 9,2, ixrac isə 9,5 mln. kVt-saat təşkil edib

Ötən ay ölkəyə elektrik enerjisinin idxalı 9,2, ixrac isə 9,5 mln. kVt-saat təşkil edib
# 14 iyun 2023 14:42 (UTC +04:00)

Cari ilin yanvar-may ayları ərzində respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 629,3 mln. kVt•st, yəni 5,6 % artaraq 11 886,5 mln. kVt/st olub.

APA-Economics” xəbər verir ki, hesabat dövründə elektrik enerjisinin istehsalı 2022-ci ilin yanvar-may aylarına nisbətən İES-lərdə 728,8 mln. kVt•st artaraq 11 055,1 mln. kVt•st, SES-lərdə 96,5 mln. kVt•st azalaraq 672,3 mln. kVt•st, digər mənbələr üzrə isə 3,0 mln. kVt•st azalaraq 159,1 mln. kVt•st təşkil edib. Bu dövrdə külək elektrik stansiyalarında 26,4 mln. kVt•st, günəş elektrik stansiyalarında 25,4 mln. kVt•st, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 107,3 mln. kVt•st elektrik enerjisi istehsal edilib.

5 ay ərzində elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 10 667,4 mln. kVt•st (İES-lərdə 10 054,4 mln. kVt•st, SES-lərdə 623,0 mln. kVt•st), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 176,0 mln. kVt•st (İES-lərdə 108,9 mln. kVt•st, SES-lərdə 43,9 mln. kVt•st, Günəş ES-də 23,2 mln. kVt•st), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 20,3 mln. kVt•st, müstəqil elektrik stansiyaları üzrə isə 1022,8 mln. kVt•st təşkil edib.

Bu ilin 5 ayı üzrə elektrik enerjisinin idxalı 50,3 mln. kVt•st olmaqla, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,0 mln. kVt•st azalıb, ixrac isə 1 253,7 mln. kVt•st olmaqla, 2022-ci ilin müvafiq dövrünə nisbətən 715,7 mln. kVt•st artıb.

Qeyd edək ki, cari ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 28,9 mln. kVt•st və ya 1,4 % artaraq 2034,3 mln. kVt•st olub.

May ayında elektrik enerjisinin idxalı 9,2 mln. kVt•st, ixrac isə 9,5 mln. kVt•st təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR