Bu gün İraq ordusu 2014-cü ilin iyunundan İŞİD terror təşkilatının nəzarətində olan Mosul şəhərinə daxil olub.
APA-nın “Hürriyet’ə istinadən verdiyi məlumata görə, İraq Müdafiə Nazirliyinin sözçüsü Tahsin İbrahim ordunun 9-cu zirehli birliyinin şimal-şərq istiqamətində şəhərin Əl İntisar məhəlləsinə daxil olduğunu bildirib. ABŞ prezidentinin İŞHİD-lə mübarizə üzrə koalisiyadakı xüsusi nümayəndəsi Brett McGurk İraq ordusunun Mosula daxil olmasını dönüş nöqtəsi kimi dəyərləndirib.
Qeyd edək ki, ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin dəstəyi ilə İraq ordusu, polis və Şimali İraq Kürdüstan Muxtariyyətinə bağlı peşmərgə qüvvələrinin iştirak etdiyi əməliyyat 18 gündür davam edir.