Pərviz Şahbazov: “Bu gün neft bazarında əlimizdə olan tək alət OPEC+-dur”

Pərviz Şahbazov: “Bu gün neft bazarında əlimizdə olan tək alət OPEC+-dur”
# 12 oktyabr 2022 16:56 (UTC +04:00)

“Bu gün neft bazarında bazarın sabitləşdirilməsi və balanslaşdırılması üçün əlimizdə olan tək alət OPEC+-dur”.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu “Rusiya Enerji Həftəsi”nin plenar iclasında çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov bildirib.

Onun sözlərinə görə, həqiqətən də OPEC+ 2017-ci ildən bəri özünü yaxşı tərəfdən nümayiş etdirib.

“OPEC+ oturuşmuş mexanizm olduğunu sübut edib. Ən çətin vaxtları gəlin xatırlayaq, 2020-ci ilin mart-aprel aylarında bir ay ərzində qlobal neft bazarı hər cür razılaşmasız qalmışdı. O zaman qiymətlər nə olmuşdu, ümumiyyətlə, bazarda nə baş vermişdi? Bütün bu kataklizmləri əlbəttə ki, biz yaşadıq. Bu gün ona görə də, bizə həmin təcrübəni nəzərə almağımız lazımdır, hansı ki, son illər ərzində OPEC çərçivəsində toplaya bilmişik və üstəgəl bu fəaliyyəti davam etdirməliyik. Hesab edirəm ki, bu çox vacibdir”, - deyə Azərbaycanın energetika naziri vurğulayıb.

Nazirin sözlərinə görə, neft bazarının balanssızlığına gətirib çıxaran faktorlardan biri, neft sektorunda investisiyaların çatışmamazlığıdır.

Pərviz Şahbazov onu da əlavə edib ki, ola biləcək krizislərin qarşısını almaq üçün hamı, təkcə indini fikirləşmədən, bir qədər qabağa baxaraq, lazımi həcmdə investisiyaların yenidən neft və qaz sektorlarına yönəldilə biləcəyini fikirləşməyə başlamalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR