Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək

Azərbaycanda əhalinin siyahıya alınması keçiriləcək
# 07 sentyabr 2016 16:39 (UTC +04:00)

Bakı - APA. Prezident İlham Əliyev 2019-cu ildə Azərbaycan Respublikasında əhalinin siyahıya alınmasının keçirilməsi haqqında fərman imzalayıb.

APA-nın xəbərinə görə, fərmana əsasən, əhalinin növbəti siyahıya alınması 2019-cu il 1-10 oktyabr tarixlərində keçiriləcək.

Əhalinin siyahıya alınması ilə bağlı hazırlıq işlərinin görülməsi və onun keçirilməsi, yekunlarının işlənilməsi, nəticələrinin dərc edilərək yayılması Dövlət Statistika Komitəsinə həvalə edilib.

Nazirlər Kabinetinə 2019-cu ildə əhalinin siyahıya alınmasına hazırlıq və onun keçirilməsi ilə bağlı tədbirlər planını iki ay müddətində təsdiq etmək, fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR