"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi təşkil edib

"Bəbirləri mühafizə edək!" ekoloji yay düşərgəsi təşkil edib
# 01 avqust 2016 08:05 (UTC +04:00)

Bakı - APA. IDEA İctimai Birliyi, Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan nümayəndəliyi və Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Ekoloji Tərbiyə və Təcrübəçilik Mərkəzi "Qafqaz bəbirlərinin mühafizəsi" layihəsi çərçivəsində "Bəbirləri mühafizə edək!" adlı ekoloji yay düşərgəsi keçirib.

IDEA İctimai Birliyindən APA-ya verilən məlumata görə, Masallı, Astara və Lənkəran rayonlarından 70-dən çox məktəblinin iştirak etdiyi düşərgə 27-30 iyul tarixlərində Masallı rayonunun Qəriblər kəndində təşkil edilib.

"Bəbirləri mühafizə edək!" yay düşərgəsinin məqsədi məktəb yaşlarından gənclərin ətraf mühit sahəsində maarifləndirilməsi, onlarda təbiətə sevgi hissinin formalaşdırılması və inkişaf etdirilməsi, Qafqaz bəbirinin məskunlaşdığı yerlərin yaxınlığında yaşayan məktəblilərin bu nadir növ haqqında məlumatlandırılması və onun mühafizəsi işinin təbliğ edilməsidir.

Düşərgədə məktəblilər, həmçinin bu nadir canlı növünün qorunması, insan və ətraf mühit kimi mövzularda seminarlar, bəbirlərin yaşadığı təbii mühitə ekskursiyalar, müxtəlif ekoloji tədqiqat və müsabiqələrdə iştirak ediblər.

Qeyd olunub ki, ilk belə yay düşərgəsi 9-11 iyul 2014-cü il tarixlərində Lənkəran, Astara və Lerik rayonlarından məktəblilərin iştirakı ilə Masallı rayonunda təşkil olunub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR