Cəlilabad. Ağəddin Babayev – APA. Cəlilabad rayonunda əqrəb sancma hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə rayonun Zopun kəndi ərazisində qeydə alınıb. Kənd sakini, 1971-ci il təvəllüdlü Şəhla Eldar qızı Məmmədovanı həyətində ayaq nahiyəsindən əqrəb sancıb.
Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən zərərçəkmişə zəruri tibbi yardım göstərilib, əqrəb zəhəri əleyhinə zərdab vurulub.
Həkimlər Şəhla Məmmədovanın vəziyyətinin hazırda stabil olduğunu bildiriblər.