Serj Sarkisyan Qarabağda separatçı rejimlərin nümayəndələri ilə görüşüb

Serj Sarkisyan Qarabağda separatçı rejimlərin nümayəndələri ilə görüşüb
# 03 sentyabr 2016 11:24 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qondarma Dağlıq Qarabağ rejiminin "müstəqilliyi"nin ildönümü münasibətilə keçirilən tədbir çərçivəsində separatçı Abxaziya, Cənubi Osetiya və Dnestryanıdan olan nümayəndələrlə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə separatçı rejimin prezident aparatı rəhbərinin müavini David Babayan “Azadlıq Radiosu”na bildirib.

D. Babayan qeyd edib ki, Xankəndində keçirilən mərasimdə separatçı Abxaziyanın vitse-prezidenti Vitaliy Qabniya, separatçı Cənubi Osetiyanın administrasiya rəhbərinin müavini Konstantin Puxayev və separatçı Dnestryanının "regionlar naziri" Pyotr Qujex iştirak ediblər.

S. Sarkisyanın bu addımı artıq Gürcüstanda ciddi narazılıqla qarşılanıb.

Qeyd edək ki, tədbirlərdə separatçı rejimlərin nümayəndələrindən başqa iştirak edən olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR