Milli Qəhrəmanların aylıq müavinəti 1000 manatdan 1300 manata qaldırılıb

Milli Qəhrəmanların aylıq müavinəti 1000 manatdan 1300 manata qaldırılıb
# 11 oktyabr 2016 16:15 (UTC +04:00)

Bakı – APA. Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş şəxslərin sosial müdafiəsinin gücləndirilməsi haqqında fərman imzalayıb.

APA-nın məlumatına görə, Azərbaycanın Milli Qəhrəmanı adı verilmiş hər bir şəxs üçün Prezidentin təqaüdünün aylıq məbləği artırılaraq 1300 manat müəyyən edilib.

Qeyd edək ki, hazırda müavinətin məbləği 1000 manatdır.

Fərman 2016-cı il noyabrın 1-dən qüvvəyə minir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR