Lənkəranda qadını döyərək pulunu alan şəxslər tutulub

Lənkəranda qadını döyərək pulunu alan şəxslər tutulub
# 31 avqust 2016 11:06 (UTC +04:00)

Bakı-APA. Baş Dövlət Yol Polisi və Lənkəran Şəhər-Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 29-da rayon sakini Dilarə Mirzəyevanı döyüb pulunu almış həmyerliləri Cəmil Mirzəyev və Zəfər Qurbanov tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, C. Mirzəyevin ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2012-ci il noyabrın 7-də Dilarə Mirzəyevanın evindən 2000 manat və 400 ABŞ dolları pul oğurlaması da müəyyənləşib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR