SOCAR Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasına üzv olmaq üçün razılıq verib

SOCAR Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasına üzv olmaq üçün razılıq verib
# 01 sentyabr 2016 09:53 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Ukrayna prezidenti yanında Milli İnvestisiya Şurasının sədri Boris Lojkin bir sıra məşhur xarici investorlara Şuraya üzv olmağı təklif edib.

"APA-Economics" Ukrayna mətbuatına istinadən xəbər verir ki, təklif həmçinin SOCAR rəhbərliyinə də ünvanlanıb.

"Biz bəzi potensial investorlarla bu məsələni müzakirə etmişik. Artıq Corc Soros, "Unilever" şirkətinin baş icraçı direktoru Pol Polman, o cümlədən SOCAR rəhbərliyi Şuraya üzv olmaq üçün ilkin razılığını verib", - deyə B. Lojkin bildirib.

Onun sözlərinə görə, Şura Ukraynada biznes mühitinin inkişafına dəstək olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR