Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 Oktyabr

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 18 Oktyabr
# 18 oktyabr 2016 18:19 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Yaxın Şərqdə baş verən proseslər ən təhlükəli mərhələyə keçib. Sözügedən təhlükə nə böyük ərazidə aparılan əməliyyatlarda, nə qanlı döyüşlərdə, nə region ölkələri də daxil olmaqla, bölgədə maraqları olan və burda hərbi kontingent saxlayan güclərin qarşılıqlı sərt bəyanatlarında deyil.

Yaxın Şərqdə ən böyük təhlükə müsəlman ölkələrinin liderlərinin və din xadimlərinin prosesə hazırkı münasibətidir. Ən böyük təhlükə siyasilərin də din üzərindən danışması, daha doğrusu, məzhəbçi çıxışlarıdır. Təhlükə həm də İŞİD üzərinə yeriyən silahlı birləşmənin rəsmisinin də hadisələrə eyni üslubda münasibət bildirməsidir. Təhlükə həmçinin region ölkələrindən birinin terrorçu kimi tanıdığı qruplaşma ilə qonşu ölkənin absurd da səslənsə, anti-terror əməliyyatını birgə keçirməsidir.

Bəli, bu sadaladıqlarım çox böyük təhlükədir. Hər zaman Yaxın Şərq problemlərin həllini ləngidən məzhəbçilik bu dəfə prosesləri daha da gərginləşdirə bilər...

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR