Lənkəran şəhərində partlamamış hərbi sursat tapılıb.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) APA-ya verilən məlumata görə, çay kənarında 125 mm-lik tank mərmisi aşkar edilərək götürülüb, nəticə etibarilə 20 kv.m. ərazi yoxlanılıb.