Bakıda iki marşrut xəttinin istiqaməti dəyişdirilib

Bakıda iki marşrut xəttinin istiqaməti dəyişdirilib
# 31 oktyabr 2016 09:49 (UTC +04:00)

Bakıda 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edilib.

APA-Economics”in məlumatına görə, bunu Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, bu gün səhər saat 10:00-dan etibarən aparılan tikinti işləri ilə əlaqədar olaraq Zığ yolu Hatəm Allahverdiyev küçəsində avtonəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb. Təmir işləri aparıldığı müddətdə ətraf ərazilərdə yaşayan sakinlərin ictimai nəqliyyatdan rahat istifadə etmələri, sərnişin avtobuslarının təhlükəsiz və maneəsiz hərəkətini təmin etmək məqsədilə Bakı Nəqliyyat Agentliyi (BNA) 44 və 103 nömrəli marşrut xətlərinin istiqamətində müvəqqəti dəyişiklik edib.

N.Allahyarova bildirib ki, adı çəkilən marşrut xətləri üzrə avtobuslar alternativ olaraq Rövşən Göyüşov küçəsi (6 saylı Vərəm Xəstəxanası) ilə hərəkət edərək (Bahar Enerji istiqamətində) Hövsan yoluna çıxacaq. Rövşən Göyüşov küçəsinin ümumi uzunluğu 4,8 kilometrdir. Hatəm Allahverdiyev küçəsində Zığ yolunun bağlanması Hövsan yolu ilə şəhər istiqamətində və əksinə Hövsan qəsəbəsi istiqamətində nəqliyyat vasitələrinin hərəkətinə maneə törətməyəcək. Həmçinin “Bakubus” MMC-nin xəttə çıxan avtobuslarına yolun bağlanmasının təsiri olmayacaq.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR