"Qazprom" "Sibirin Gücü" kəməri ilə Çinə qazın nəqlini dayandıracaq

"Qazprom" "Sibirin Gücü" kəməri ilə Çinə qazın nəqlini dayandıracaq
# 21 sentyabr 2021 13:16 (UTC +04:00)

Rusiyanın "Qazprom" şirkəti "Sila Sibiri" ("Sibirin Gücü") boru kəməri ilə Çinə qaz nəqlini müvəqqəti olaraq dayandıracaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom"a istinadən xəbər verir.

Məlumata görə, təmir işlərinin aparılması ilə əlaqədar 22-29 sentyabr tarixləri arasında kəmərlə qazın nəqli dayandırılacaq.

Qeyd olunur ki, "Qazprom" və Çinin CNPC şirkəti işlərin keçiriləcəyi qrafiki ötən il razılaşdırıblar.

Xatırladaq ki, sözügedən kəmərlə Çinə qazı idxalına 2019-cu ilin sentyabrda başlanılıb. Qaz kəmərinin maksimal illik ixrac gücü 38 mlrd. kubmetrdir. Maksimal göstəricilərə "Qazprom" 2025-ci ildə nail olmağı planlaşdırır. Belə ki, bu kəmər vasitəsi ilə 2020-ci ildə Çinə ən azı 5 mlrd. kubmetr, 2021-ci ildə 10 mlrd. kubmetr və 2022-ci ildə 15 mlrd. kubmetr qaz tədarük ediləcək. 30 müqavilə ilində Çin istehlakçıları bu kəmərlə 1 trln. kubmetrdən çox qaz alacaqlar.

Müqavilənin ümumi dəyəri 400 mlrd. ABŞ dolları təşkil edib. Boru kəmərinin inşası beş il davam edib və 1,1 trln. rubla başa gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR