Qlobal neft hasilatının artım tempi 2024-2025-ci illərdə tezləşəcək - PROQNOZ

Qlobal neft hasilatının artım tempi 2024-2025-ci illərdə tezləşəcək - PROQNOZ
# 13 fevral 2024 17:35 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2024-2025-ci illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 70,55 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisi ilə müqayisədə 0,15 mln. barel çoxdur. Belə ki, hasilatın artım tempinin 1,19 mln. barel (öncəki proqnoz – 1,34 mln. barel) səviyyəsində olacağı ehtimal olunur.

Proqnoza əsasən, 2025-ci ildə OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 71,82 mln. barel olacaq (öncəki proqnoz – 71,67). Gələn il üçün artım tempi üzrə göstəricisini isə OPEC 1,27 mln. barel (öncəki proqnoz göstəricisinə bərabərdir) həcmində olacağını proqnozlaşdırır.

Hesabata əsasən, ötün il qlobal gündəlin neft hasilatı 69,36 mln. barel təşkil edib, bu da öncə verilən proqnoz göstəricidən 0,3 mln. barel çoxdur. Beləliklə, 2023-cü ildə qlobal gündəlik neft hasilatı üzrə artım tempi 3,55 mln. barel səviyyəsində olub.

Xatırladaq ki, 2022-ci ildə sözügedən göstərici 65,81 mln. barel həcmində olub. 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR