Qlobal neft hasilatının artım tempi gələn il yavaşlayacaq - PROQNOZ

Qlobal neft hasilatının artım tempi gələn il yavaşlayacaq - PROQNOZ
# 13 dekabr 2023 16:58 (UTC +04:00)

Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2023-2024-cü illər üçün OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı üzrə proqnozunu yüksəldib.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, cari il OPEC-ə daxil olmayan ölkələrdə ortalama gündəlik neft və digər maye karbohidrogenlərin hasilatının 67,59 mln. barel olacağı ehtimal olunur, bu da əvvəlki proqnoz göstəricisinə bərabərdi.. Belə ki, hasilatın artım tempinin 1,78 mln. barel (proqnoz dəyişməyib) səviyyəsində olacağı ehtimal olunur.

Proqnoza əsasən, 2024-cü ildə OPEC-ə daxil olmayan ölkələrdə gündəlik neft hasilatı 68,96 mln. barel olacaq, bu da 2023-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 0,01 mln. barel azalma deməkdir. Gələn il üçün artım tempi üzrə göstəricisini isə OPEC 1,37 mln. barel (öncəki proqnoz göstəricisindən 0,01 mln. barel azdır) həcmində olacağını proqnozlaşdırır.

Hesabatda bildirilir ki, 2022-ci ildə sözügedən göstərici 65,81 mln. barel həcmində olub.

Xatırladaq ki, 2021-ci ildə qeyri-OPEC ölkələri üzrə gündəlik neft hasilatı 63,65 mln. barel səviyyəsində olub, 2020-ci ildə isə bu göstərici 62,97 mln. barel təşkil edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR