Rəis müavini: AZAL tərəfindən antiinhisar qanunvericiliyin pozulması müəyyən olunmayıb

Rəis müavini: AZAL tərəfindən antiinhisar qanunvericiliyin pozulması müəyyən olunmayıb
# 18 yanvar 2024 12:34 (UTC +04:00)

“Azərbaycan Hava Yolları” QSC (AZAL) ilə bağlı antiinhisar qanunvericiliyinin pozulması halı müəyyən olunmayıb.

APA-Economics”in xəbərinə görə, bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti rəisinin müavini Cəfər Babayev ötən ilin yekunlarına dair mətbuat konfransında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanda 30-dan çox aviaşirkət uçuş həyata keçirir.

“Yoxlamalarımız onu göstərir ki, bu sahədə antiinhisar qanunvericiliyi pozulmayıb”, - Cəfər Babayev qeyd edib.

O bildirib ki, bu sahənin təkmilləşdirilməsi ilə bağlı təkliflər verilib.

“Daha az işləyən hava limanlarının ya xarici şirkətlərin istifadəsinə verilməsi, bazarı genişləndirmək və əlavə aviaşirkətlərin cəlbi ilə bağlı təklif verilib. Digər təklifimiz isə, yerli idarəçilərə verməklə bağlıdır”, - Cəfər Babayev vurğulayıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR