Bakı. Mübariz Aslanov – APA. Azərbaycanda uzun zamandır müzakirəsi gözlənilən “Psixoloji yardım haqqında” qanun layihəsi artıq hazırlanıb.
APA-nın məlumatına görə, qanun layihəsi Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb.
7 fəsil 23 maddədən ibarət olan qanun layihəsində psixoloji yardımla bağlı qaydalar, tələblər, şərtlər və bundan irəli gələn məsuliyyət növləri göstərilir.