Rusiyanın neft və neft məhsullarının ixracından gəlirləri kəskin artıb

Rusiyanın neft və neft məhsullarının ixracından gəlirləri kəskin artıb
# 09 sentyabr 2021 16:00 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Rusiyanın neftin ixracından əldə etdiyi gəlirləri illik müqayisədə 28,6% artaraq 57,06 mlrd. ABŞ dollarından çox olub.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı Federal Gömrük Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, hesabat dövründə ölkə 130 mln. tona yaxın neft ixrac edib ki, bu da illik ifadədə 10,3% azdır.

Bununla yanaşı, cari ilin yanvar-iyul aylarında Rusiyanın neft məhsullarının ixracından əldə etdiyi gəlirləri 29,8% artıb və 37,51 mlrd. dollara yaxın olub. Neft məhsullarının fiziki ixracı isə əksinə – 2,4% azalaraq 85,26 mln. tondan çox olub.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR