Bakı. Hafiz Heydərov - APA. Cəlilabadda azyaşlı uşaq faciəli şəkildə ölüb.
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə yanvarın 11-də Cəlilabad rayonunun Məlikqasımlı kəndində qeydə alınıb. Kənd sakini, 7 yaşlı Dövran Qurbanov həyətində yelləncəkdən yıxılması nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.