Bakıda kombinat direktorunu öldürən şəxslərin evdən nə qədər pul apardıqları məlum olub - YENİLƏNİB

Bakıda kombinat direktorunu öldürən şəxslərin evdən nə qədər pul apardıqları məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 26 yanvar 2016 10:03 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda qətlə yetirilən kombinat direktorunun evindən nə qədər pulun aparıldığı məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, ilkin araşdırmalarla müəyyən edilib ki, qətli məhrumun tanışı Mahurə Hüseynova təşkil edib. Belə ki, o, tanışları Mübariz Əliyev və Ehtiram Həsənovla qabaqcadan əlbir olaraq Qalib Bağırovu öldürməyi və evini qarət etməyi planlaşdırıblar. Lakin qətli törədən qrup evdən cəmi 300 manata yaxın pul tapa biliblər.

Hazırda Suraxanı rayon Prokurorluğunda hadisəni törədən şəxslərin ifadəsi alınır.

***

Saat 10.38

Bakı. Hafiz Heydərov - APA. Bakıda Taxıl Kombinatının direktorunun qətlinin üstü açılıb.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən 3 nəfər saxlanılıb. Saxlanılanlardan biri qətlə yetirilən kombinat direktorunun tanışı Mahurə Heydərəli qızı Hüseynovadır. Həmin qadın Ehtiram Hətəm oğlu Həsənov və Mübariz Soltanağa oğlu Əliyevlə əlbir olaraq məlum qətli həyata keçiriblər.

Qeyd edək ki, hadisə yanvarın 8-də paytaxtın Hövsan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1963-cü il təvəllüdlü Qalib Afil oğlu Bağırov yaşadığı evdə qətlə yetirilib.

Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə qorxu ilə tələb etmə ilə əlaqədar qəsdən adam öldürmə) və 181.3.3-cü (quldurluq, zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla törədildikdə) maddələri ilə cinayət işi başlanıb.

Qətlə yetirilən Q. Bağırov Taxıl Kombinatının direktoru olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR