Dövlət müşaviri: “Bizdə ermənifobiya yoxdur”

Dövlət müşaviri: “Bizdə ermənifobiya yoxdur”
# 22 yanvar 2016 08:33 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. “Xalq diplomatiyası çərçivəsində ermənilər Azərbaycana gələrkən Bakıdakı erməni kilsəsini görəndə təəccüblənmişdilər ki, Azərbaycanda erməni dilində kitablar, materiallar səliqə-sahmanla qoruyub saxlanılır. Onlar Moskvaya zəng vurub deyirdilər ki, mən Bakıda filan qiymətli əlyazmanı gördüm. Bu, Azərbaycan xalqının dini, mənəvi və intellektual dəyərlərə verdiyi qiymətin nümunəsidir”.


APA-nın məlumatına görə, bunu millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri, akademik Kamal Abdullayev deyib. O bildirib ki, Azərbaycanda ermənifobiya yoxdur: “Azərbaycanda ermənifobiyanın olmadığını dünya yavaş-yavaş başa düşməkdədir. Biz ermənifobiya ilə yaşamadığımızı hər addımımızda göstəririk. Bizdə ermənifobiya yoxdur”.

K. Abdulla əlavə edib ki, xalq diplomatiyasının davamı maraqlı ola bilərdi: “Üçüncü ölkələr də bunu davam etmək istəyirdilər. Amma ermənilər bundan imtina etdilər. Azərbaycan xalqının ermənilərlə birgə yaşamaq potensialı var. Münaqişənin sülh yolu ilə həll olunması potensialı bitməyib. Biz sülhün tərəfdarıyıq”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR