Serbiya və Macarıstan iki ölkə arasında neft kəmərinin tikintisinə dair razılığa gəlib

Serbiya və Macarıstan iki ölkə arasında neft kəmərinin tikintisinə dair razılığa gəlib
# 20 iyun 2023 16:01 (UTC +04:00)

Serbiya və Macarıstan iki ölkə arasında neft kəmərinin tikintisinə dair razılığa gəliblər.

APA xəbər verir ki, bu barədə Serbiyanın “Tanyug” xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına əsasən, Serbiya və Macarıstan neft kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalayıblar.

Memorandumun imzalanması Serbiya Prezidenti Aleksandar Vuçiç, Baş nazir Ana Brnabiç və onların macar həmkarları Prezident Katalin Novak və Baş nazir Viktor Orbanın iştirak etdiyi Serbiya və Macarıstan arasında Strateji Əməkdaşlıq Şurasının ilk iclası çərçivəsində bu gün baş tutub.

Bundan əlavə, iki ölkənin dövlət şirkətləri arasında Avropa bazarından qazın alınması üçün birgə müəssisənin yaradılmasını nəzərdə tutan saziş imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR